Danone

Fransanın dünyaca məşhur Danone brendinin məhsulu olan Actimel üçün ərsəyə gətirdiyimiz 3D videoçarx seçilən işlərimiz arasındadır.

Videoçarxı hazırlayarkən başlıca məqsəd əsas konsepsiyanı saxlamaqla Actimel-in tərkibini və faydalarını diqqətçəkici formada göstərməkdən ibarət idi. Məhz bu çərçivədə 3D qrafikanın yaratdığı imkanlar sayəsində xüsusi effektlərdən və elementlərdən istifadə etdik. Həmçinin mətn adaptasiyasını və onun konseptə uyğun səsləndirilməsini həyata keçirdik. 

Nəticədə isə bu maraqlı iş hədəflənən auditoriyanın diqqətini cəlb edərək izləyicilərdən kifayət qədər müsbət rəylər aldı.

Bununla yanaşı, hazırladığımız 3D videoçarxı Gürcüstan reklam bazarı üçün adaptasiya etdik və çarx orada da uğurla yayımlandı.