Danone

Dünyaca məşhur "Danone" brendinin məhsulu olan "Rastishka" üçün əyləncəli və lokal səciyyə daşıyan bir videoçarx hazırladıq. 

Videonu hazırlayarkən əsas məqsəd "Rastishka"nın sümüklərin möhkəmlənməsinə və uşaqların sağlam inkişafına stimul verən faydalarını diqqətçəkən formada göstərmək idi. Məhz bu məqsədlə milli rəqslərin mərkəzdə olduğu bir hekayə qurduq. Çünki bu rəqslərin qəliz hərəkətlərini etmək üçün sümüklər çox güclü olmalıdır. Milli elementləri məhsulun üstünlükləri ilə birləşdirməyimiz Azərbaycan bazarı üçün maraqlı bir videoçarx ərsəyə gətirməyimizə kömək oldu.


Nəticədə isə hədəf auditoriyanın diqqətini cəlb etdik və videoçarx uğurlu işlərimiz arasında öz yerini aldı.