Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankının yeni məhsulu olan IBA Miles kartı üçün hazırladığımız videoçarxlar diqqətəlayiq işlərimizdəndir. Belə ki məhsulun təqdimatını bir-birinin davamı olan 3 qısa videoçarxla və 2 mərhələdə apardıq.

Əvvəlcə insanlarda yeni məhsula qarşı maraq yaratmaq üçün "Tezliklə səmalarda" sloqanı ilə tizer xarakterli 2 videoçarx təqdim etdik. Əlbəttə ki, çarxların mövzusu və elementləri konseptə uyğun olaraq səyahətlə bağlı idi.

Açıqlama mərhələsi videosu isə tizer videolarının ideyasını tamamladı və kartın təqdimatı ilə auditoriyaya söhbətin nədən getdiyi aydın oldu. Videolar sosial şəbəkələrdə ümumilikdə 1 milyona yaxın baxış sayı əldə etdi.