Greenville

Tikinti və ticarət sahəsində fəaliyyət göstərən "Aral Group" şirkətinə məxsus "Greenville Premium Residence" layihəsi üçün korporativ üslubun yaradılması diqqətəlayiq işlərimizdəndir.

Əvvəlcə qeyd edək ki, layihənin neyminqi (adlandırılması) də tərəfimizdən həyata keçirilib. Kompleksin yaşıllıqlar qoynunda salınması və bu proyektin "Aral Group"un öncəki işlərindən olan "Roseville Premium Residence"in daha böyük davamçısı olması səbəbilə layihəyə məhz "Greenville" adını verdik.

Korporativ üslubu formalaşdırarkən isə əsas məqsədimiz digərlərindən tam fərqlənən unikal stil yaratmaq idi. Məhz bu məqsədə, həmçinin brend identifikasiyasına uyğun olaraq korporativ rəngləri təyin etdik və loqotip hazırladıq. Qızılı və yaşıl rənglərin harmoniyası özündə lüksü və yaşıllığı əks etdirdi. Loqotipi isə layihənin silueti və yaşıllığı simvolizə edən ağac təsvirini əsas alaraq ərsəyə gətirdik.