Samsung

“Samsung”un “Galaxy A” seriyası üçün hazırladığımız reklam kampaniyası diqqətəlayiq işlərimizdəndir.

Kampaniya ideyasını formalaşdırarkən insanların keçirdiyi fərqli hisslərə və onlara verilən reaksiyalara fokuslandıq. Məsələn, sevinirik, narahat oluruq, təəccüblənirik və bütün bu anlarda “AAA” deyirik. Təsadüf deyil ki, belə anlarda smartfonumuz da adətən bizimlə olur. Məhz buradan yola çıxaraq məhsulu və “AAA” dediyimiz anları birləşdirən bir sevgi hekayəsi qurduq. Lokal çalarlar qataraq hazırladığımız kampaniya üçün belə bir sloqan da ərsəyə gətirdik: Hər AAAnında Galaxy A yanında!

Bütün bunlarla yanaşı, sosial media platformalarında kampaniya üçün xüsusi stilistika hazırladıq. Auditoriyamızın gənclər olduğunu nəzərə alıb universitetlərdə, kafe və restoranlarda digital yerləşdirmələr etdik. İnfluserlərin dəstəyindən də faydalanmağımız kampaniyamızı daha geniş kütləyə çatdırmağımıza vəsilə oldu.

Bir sözlə, düzgün auditoriyanı hədəfləmə, peşəkar və konseptual yanaşma sayəsində kampaniya boyunca əla nəticələr əldə etdik.