Code Academy

Yüksək texnologiyalar üzrə təcrübəli mütəxəssislər hazırlayan qabaqcıl tədris müəssisələrindən biri Code Academy üçün hazırladığımız “Öz Əlində” kreativ konseptinə uyğun posterlər. 

Əsas mesajı “Kiçik hədəflərdən böyük məqsədlərə çatmaq öz əlində!” olan poster seriyasında Code Academy-nin müxtəlif texnoloji sahələr çərçivəsində tədris etdiyi proqramların loqoları əldə tutularaq təsvir edilmişdir.

Poster seriyasının ilk hissəsində loqolar daha kiçik şəkildə və barmaqlar arasında tutulmaqla təsvir olunaraq tələbələrin həm göstərilən proqram üzrə biliklərinin başlanğıcda az olması, həm də kiçik hədəfləri göstərilmişdir.

Seriyanın ikinci hissəsində isə bu kiçik hədəflərin onları böyük məqsədlərə çatdırmasını əks etdirən daha böyük ölçülü loqoları tələbələrin əllərində tutduqları və beləcə, bu sahəyə tam hakim olduqları göstərilir.