Code Academy

Yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan “Code Academy”ni auditoriyada tanıtmaq məqsədilə hazırladığımız kampaniya diqqətəlayiq işlərimiz sırasındadır.


Burada əsas məsələ həm akademiyanın imicini daha geniş kütləyə çatdıracaq, həm də onun fəaliyyət sahələrini əhatə edəcək bir kampaniya hazırlamaq idi. Biz də "Code Academy"nin yenilənmiş loqosundan istifadə edərək bir “qapı” ikonu yaratdıq. Bu qapı hər gün yenilənən, daha da inkişaf edən texnologiyalar dünyasına daxil olmaq üçün vasitəçi oldu. Və nəticədə əsas olaraq innovativliyi özündə ifadə edən “Yeni dünyaya qapı aç” kampaniya mesajını ərsəyə gətirdik.


Ümumilikdə, mesajımız yeni dünyaya “Code Academy” vasitəsilə daxil olmağın mümkünlüyü göstərdi. Bütün bunlarla yanaşı, fərqli tədris sahələrini ifadə edən həmin dünyada xüsusi effektlərdən və elementlərdən istifadə etdik. Bu da izləyicilərin diqqətini çəkərək kampaniyamızın xeyli uğurlu olmasında mühüm rol oynadı.