IBAR

Azərbaycan Beynəlxalq Bankı ilə uğurlu əməkdaşlıqlarımızdan biri də bankın "HesABBdar Klubu"nun adı ilə əlaqədardır, sözün hər iki mənasında. 

Maliyyə menecmenti və mühasibatlıq sahəsində çalışan şəxslərə özəl klub yaradan Azərbaycan Beynəlxalq Bankı bu kluba maraqlı və kreativ ad hazırlamağımız üçün bizə müraciət etdi. Komanda olaraq həm maliyyə sahəsini, həm də Azərbaycan Beynəlxalq Bankını özündə ifadə edə biləcək ad axtarışına çıxdıq və tezliklə axtardığımızı tapdıq: HesABBdar!

«Hesabdar» sözü «mühasib» sözünün sinonimi olmaqla bərabər, "hesab əməliyyatları ilə məşğul olan mütəxəssis" mənasını da daşıyır. Biz isə sözdə xırda dəyişiklik etməklə bankın inisiallarını - ABB qısaltmasını ada daxil etdik. Beləcə "HesABBdar" adı ortaya çıxdı.

Bununla yanaşı, klub üzvlərinə təqdim olunacaq kartlar üçün maraqlı dizaynlar da hazırladıq. Belə ki, 3 fərqli statuslu kartı yunan əlifbasının ilk 3 hərfli ilə təsnifləşdirdik və vizuallarda həmin hərfləri cəlbedici formada əks etdirdik.