Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankının yeni məhsulu olan Tamkart üçün hazırladığımız kommunikasiya kampaniyasının önəmli parçalarından biri də Tamkart loqosudur.

Tamkart fərqli funksiyalı bir neçə kartın xüsusiyyətlərini özündə birləşdirir, tamamlayır. Ona görə də loqonu hazırlayarkən kartın “tam” olması ideyasını əks etdirən və Beynəlxalq Bankın brend identifikasiyasından tam fərqlənən rənglərdən istifadə etdik. Loqonun əsas diqqətçəkən elementlərindən biri “tam” yazısından sonra qeyd olunan yaşıl nöqtədir. Bu nöqtə Tamkartın üstünlükləri sayəsində insanların arzuladıqları karta sahib olmaq üçün apardıqları axtarışlara “nöqtə” qoyduğunu ifadə edir.